RƏSMİ
Azərbaycan qran-prisi ləğv edildi

Formula 1 üzrə Azərbaycan qran-prisi ləğvi rəsmən açıqlanıb. Allsport.az xəbər verir ki, bu barədə Bakı şəhər halqası əməliyyat şirkətinin yaydığı bəyanatda bildirilir:

“Böyük təəssüf hissi ilə bildiririk ki, COVID-19 koronavirus pandemiyası səbəbindən Formula1 Azərbaycan qran-prisi 2020 ləğv olunur. Sevimli yarışımızın 2020-ci ildə baş tutması üçün hər fürsəti araşdırdıq, lakin bütün səylərimizə baxmayaraq bunun mümkün olmayacağını anladıq. Azərbaycan xalqının, dəyərli Formula1 azarkeşlərinin, həmçinin Formula1 əməkdaşlarının sağlamlığı və təhlükəsizliyi naminə bu qərarı verməli olduq”.

Azərbaycan qran-prisi iyunun 5-7-də keçirilməli idi.

Həmin kateqoriyadan