- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“Bu il COVİD-19 ilə bağlı hansısa problemimizin olacağını gözləmirik. Bakıda Formula-1 yarışı 2020-ci ildə keçirilmədi, 2021-ci ildə isə tamaşaçısız təşkil edildi. İndi bütün tədbirlər, xüsusən də idman yarışları yenidən əvvəlki kimi keçirilir. İnsanlar evdə oturmaqdan yorulublar və əsl tamaşa istəyirlər. Bakıda hamının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görəcəyik və iyunda azarkeşləri səbirsizliklə gözləyəcəyik”.
Allsport.az saytı xəbər verir ki, bu sözü Bakı şəhər halqası əməliyyat şirkətinin icraçı direktoru Arif Rəhimov müsahibəsində deyib. O, hələlik alınan biletlərin 60 faizi xarici azarkeşlərin payına düşdüyünü söyləyib: “2019-cu illə müqayisədə bu il ölkə daxilində daha çox bilet satılıb. Təəccüblü deyil ki, xarici azarkeşlər biletləri daha əvvəl alırlar.
Çünki onlar aviabilet almalı, otel sifariş etməlidirlər. Turistlərin Azərbaycana, Bakıya qayıtması çox gözəldir. Bu il qran-pri iyunda havanın mükəmməl, isti və günəşli olduğu bir vaxtda keçiriləcək. Əminik ki, yarış həftəsonu başlamazdan əvvəl bütün biletləri sata biləcəyik.
Əvvəlki beş Azərbaycan Qran-Prisinin hər birində qaliblər fərqli olublar. Əminəm ki, bu il də yeni qalib görəcəyik. Formula 1-in Bakı mərhələsi hər il hamını təəccübləndirir. Belə ki, 2017-ci ildə Sebastian Fettel və Luis Hamiltonun, yaxud növbəti ildə “Red Bull Racing” pilotlarının toqquşmasını xatırlayaq.
Maks Ferstappenin trasdan çıxdığı və yarışın taleyinin son döngələrdə həll olunduğu ötənilki hadisəni yada salaq. Azarkeşlər bilirlər ki, Azərbaycan qran-prisi nəticə etibarı ilə mövsümün ən gözlənilməz yarışıdır. Bu il də yarışın daha maraqlı olacağını düşünürəm”.
Formula-1 Azərbaycan qran-prisi iyunun 10–12-də keçiriləcək.