Azərbaycan qran-prisinə alının bilet vauçerlərinin əsli ilə dəyişdirilməsinə başlanılıb

Bakı Şəhər Halqası formula1 üzrə Azərbaycan qran-prisinə bilet alan tamaşaçılara bildiriş ünvanlayıb. Allsport.az saytı xəbər verir ki, əməliyyat şirkəti iyunun 1-dən etibarən şəhərin kassalarında bilet vauçerlərini biletlərin orijinalı ilə dəyişmək mümkün olacağını nəzərə çatdırıb. Bu proses iyunun 25-i yarış başlayanadək davam edəcək.

Bilet dəyişdirməyə gələn tamaşaçılar özləri ilə şəxsiyyət vəsiqələrini gətirməlidirlər. Bilet vauçerlərini yalnız bu vauçerlərin üzərində adları əks olunan şəxslər dəyişdirə bilərlər. Bununla yanaşı, bilet satışı kassalarda və həmçinin onlayn qaydada davam edəcək.

Onlayn alınan bilet vauçerləri yarış başlayanadək müvafiq kassalarda biletlərin əsli ilə dəyişdirilməlidir. Bilet vauçerləri ilə yarış məkanına daxil olmağa icazə verilməyəcək.

Həmin kateqoriyadan