- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Dreamland” klubu Formula1 Azərbaycan qran-prisinə dəstək məqsədi ilə qolf turniri keçirib. Allsport.az saytı xəbər verir ki, yarışda Azərbaycan və qonşu ölkələrdən olan 80 qolfçu 20 komandada gücünü sınayıb. Qaliblər Alastar Anderson, Syuzan Dramond, Qrant Uatson və Evan Dramond 67 zərbənin yekununda 59.9 balla 1-ci olublar.
“Nearest the pin” yarışı üzrə ən yaxşı nəticəni 10-cu dəlikdə Alan Ferguson, 17-ci dəlikdə Xəlil Hüseynov qazanıb. “Longest drive” yarışı üzrə ən yaxşı nəticəyə 9-cu dəlikdə Syuzan Dramond, 16-cı dəlikdə Li Henderson yiyələnib. Ən sürətli zərbə isə Mik Trioloya məxsus olub.
Bakı Şəhər Halqası əməliyyat şirkətinin kommersiya şöbəsinin rəhbəri Bülənd Özərdim qeyd edib: “Artıq üçüncü ildir ki, bu tədbirə dəstəyimizi nümayiş etdiririk. Bu qədər oyunçunu bir arada görməkdən və “Dreamland” qolf klubunun heyətinin qonaqpərvərliyindən çox məmnunuq. İştirakçıların turnirlə bağlı fikirləri olduqca müsbətdir.
“Dreamland” klubunun baş direktoru Fil Cones isə öz növbəsində turnirə göstərdiyi dəstəyə görə, Bakı Şəhər Halqası əməliyyat şirkətinə öz təşəkkürünü bildirib.