Azərbaycan qran-prisinə marşal qeydiyyatı uğurla başa çatıb

Bakı şəhər halqası əməliyyat şirkətinin tərkibində fəaliyyət göstərən “Bakı marşal klubu” iyunun 10-12-də Formula-1 Azərbaycan qran-prisinə marşal qeydiyyat proqramını uğurla başa vurub. Allsport.az saytı xəbər verir ki, yanvarın 10-dan başlayan seçimlərdə 3 minə yaxın şəxs namizədliyini irəli sürərək, qeydiyyatdan keçib.

Bu fəaliyyəti uğurla başa çatdıranlara Azərbaycan avtomobil federasiyası və Beynəlxalq avtomobil federasiyası tərəfindən beynəlxalq lisenziya təqdim olunacaq. Beynəlxalq lisenziya marşallara, yalnız Azərbaycanda deyil, həmçinin Formula-1 mükafat yarışına ev sahibliyi edən digər ölkələrdə də qatılmaq hüququ verəcək.

Həmin kateqoriyadan