Azərbaycan qran prisinə KİV üçün qeydiyyat başladı

Bu gün “Abşeron” mehmanxanasında Formula-1 üzrə Azərbaycan mükafat yarışı ilə əlaqədar KİV nümayəndələri üçün akkreditasiya seminarı təşkil olundu. Allsport.az saytı xəbər verir ki, Bakı şəhər halqası əməliyyat şirkətinin media məsələləri üzrə əlaqələndiricisi Esmira Məmmədova qaydalarla bağlı məlumat verdi.

Fevralın 1-indən başlayan proses martın 10-unda saat 15:00-da bitəcək. Müraciət üçün www.bakucity.circuit.com saytından istifadə etmək mümkündür. Sonra qeydiyyat mərhələli şəkildə media nümayəndələrinə izah olundu. Sonda media nümayəndələrinin sualları cavablandırılıb.

Azərbaycan qran prisində ötüşmələr 28-30 apreldə olacaq. Bu, təqvimdə 4-cüdür. Sürücülər 6003-metrlik Bakı şəhər halqasında 51 dövrə vuracaqlar.

Həmin kateqoriyadan