Azərbaycan qran-prisində heyrətamiz əyləncələr

Formula-1 Azərbaycan qran-prisi üçün geri sayım başlayıb. Allsport.az saytı xəbər verir ki, Bakı start götürəcək yarışa hazırdır.

Əvvəlki illərdən fərqli olaraq, azarkeşlər bu il Formula-1-in məşhur bütün əyləncəli fəaliyyətlərini Bulvar ərazisində görə biləcəklər. Burada yerləşən azarkeş zonasında fan-forum keçiriləcək. Səhnənin qarşısında təşkil olunan sessiyada dünya şöhrətli F-1 pilotları avtoidman həvəskarları ilə görüşəcəklər.

Bu il yarış həftəsonu Kristal zalında təşkil olunacaq dünya ulduzlarının konsertləri ilə davam edəcək. Sentyabrın 13-də dünya şöhrətli aktyor və musiqi ulduzu Uill Smit öz unikal musiqi proqramı ilə səhnədə fanatları əyləndirəcək.

Eyni axşam, yarış həvəskarlarını Cənubi Afrika Respublikasının məşhur DJ-i və prodüseri “Black Coffee”nin ritmik, enerjili performansı gözləyir. Sentyabrın 14-də isə dünya musiqisinin parlaq ulduzu DJ Balvin Bakı səhnəsində avtoidman həvəskarlarına möhtəşəm gecə yaşadacaq.

Həmin kateqoriyadan