“Azərbaycan qran-prisindən öncə çox iş görməliyik”

Monako trası “Mersedes“ komandasının çatışmamazlıqlarını ortaya çıxarıb. Allsport.az saytı xəbər verir ki, son 8 ilin mühəndislər kubokunun sahibi bu çempionata gözlənilən kimi uğurla başlamayıb.

Mövsümün 6-cı yarışı Barselonaya gətirdiyi yeniliklərdən sonra, əksəriyyət rəqabətin yenidən qızışacağını gözləyirdi. Nəticə olaraq, “gümüşü oxlar” Monakoda həm “Red Bull”dan, həm də “Ferrari”dən geri düşdülər. Komandanın direktoru Endrü Şovlin bu hadqa fikirlərini bölüşüb:

“Komanda və sürücülər üçün məyusedici həftəsonu idi. Vahid dövrədə zəif idik, amma yarışda da tempimiz yox idi. Corc Rusel, “Maklaren“dən Lando Norrisdən 5-ci yeri aldı və sona qədər ona ötəməyə imkan vermədi. Əla nəticə idi. Lüis Həmilton da yarış ərzində “Alpine” komandasının pilotları ilə mübarizə apardı.

Təəssüf ki, onun üçün uğurlu taktika seçə bilmədik. Soyuq havada təkərləri qızdırmaq çətin idi və 2 maşın da yarışın sonlarında göstəricilərini itirməyə başladı. Bakı yarışından əvvəl çox iş görməliyik”.

Aynur MEHDİYEVA

Həmin kateqoriyadan