Azərbaycan qran-prisini 90,2 milyon tamaşaçı izləyib. Gəlir ötən il ilə müqayisədə 50 faiz çox olub

Bu ilin aprelində Formula1 üzrə Azərbaycan qran-prisini 90,2 milyon tamaşaçı canlı izləyib. Allsport.az saytı xəbər verir ki, bu göstərici əvvəlki 3 mövsümlə müqayisədə 10 faiz çoxdur.

Bakı mükafat yarışı haqqında 37 mindən çox məlumat yayımlanıb. Bilgilərin ümumi dəyəri 131 milyon ABŞ dolları təşkil edib. Cəmdə 307 milyon nəfər bu və ya digər şəkildə paytaxt ötüşməsi haqqında məlumatlandırılıb.

Son Azərbaycan qran-prisi indiyədək keçirilmiş F1 yarışları arasında maliyyə baxımından ən uğurlusu olub. 2018-ci illə müqayisədə, bu dəfə gəlir 50 faiz çox olub.

Həmin kateqoriyadan