Azərbaycan qran-prisinin başlama saatı dəyişəcək?

2018-ci ildə “Liberti media” Formula1 yarışlarına saatın tamamında deyil, 10 dəqiqə qalmış start verilməsi barədə qərar qəbul etmişdi. Allsport.az saytı xəbər verir ki, şirkət bu addımı televiziya kanallarına görə atdığını açıqlamışdı.

Cari mövsümdə bu təcrübədən imtina ediləcək. Başlama ilə bağlı Formula1 rəhbərliyi ilə komanda nümayəndələri arasında keçiriləcək görüşdən sonra qərar qəbul olunacaq.

Dünya çempionatının Avropa mərhələlərinin tez başlaması təklif olunub. Əgər ötən il İspaniya qran-prisi saat 17:30-da start götürmüşdüsə, bu il saat 16:00-da başlayacaq.

2021-ci ildə Azərbaycan mükafat yarışı iyunun 6-da Bakı şəhər halqasında təşkil olunacaq.

Həmin kateqoriyadan