- Baxış sayı: 39
- 20 Mart 2026 22:44
- Baxış sayı: 130
- Mart 19, 2026
- 0

2023-cü il Formula-1 Azərbaycan mükafat yarışının proqramı açıqlanıb. Allsport.az saytı xəbər verir ki, aprelin 28-30-da Bakı şəhər halqasında ilk dəfə sprint yürüş təşkil olunacaq.
Aprelin 28-də saat 13:30-da birinci sərbəst yürüş, 17:00-da isə təsnifat mərhələsi start götürəcək. Ertəsi gün 2-ci sərbəst yürüş də 13:30-da başlayacaq. Sürücülər sprint yürüşündə mübarizəyə 17:30-da qoşulacaqlar. Azərbaycan qran prisi isə aprelin 30-da 15:00-da start götürəcək.
Formula-1-in yeni mövsümü martın 5-də Bəhreyndə başlayacaq. 23 mərhələ üzrə davam edəcək dünya çempionatına noyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərində yekun vurulacaq.