Azərbaycan Rusiya ilə üz-üzə

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxır. Allsport.az xəbər verir ki, Yaşar Vahabzadənin çalışdırdığı komandamız bu tsikldəki yeddinci oyununda Rusiyanı qəbul edir.

Qeyd edək ki, yalnız ilk turda səfərdə Farer adalarına 1:0 hesabıyla qalib gəldikdən sonra futbolçularımız Avstriyaya (evdə 0:2, səfərdə 0:7), Almaniyaya (evdə 0:3, səfərdə 1:3) və Finlandiyaya (evdə 0:1) uduzub. Bu üzdən də komandamız uğursuz gedişata son qoymaq üçün Rusiyaya mütləq qalib gəlməlidir.

Rusiya da bu seçmə mərhələdə uğurlu çıxış etmir. Şimal qonşularımız Finlandiya (0:2) və Avstriyaya (3:4) məğlub olsa da, yalnız bir neçə gün öncə Farer adalarına doğma meydanda qalib gəlib – 2:0.

Bu gün millimizin qrupunda daha bir görüş keçiriləcək. Liderlər Almaniya və Avstriya yığmaları zirvənin tək sahibini müəyyənləşdirməyə çalışacaqlar.

AÇ-2017-nin seçmə mərhələsi
7-ci qrup
17 noyabr

17:00. Azərbaycan – Rusiya
Baş hakim: Eytan Şmulevits (İsrail).
Bakı. “Bayıl Arena”.

Həmin kateqoriyadan