- Baxış sayı: 24
- 15 Dekabr 2025 19:59
- Baxış sayı: 87
- Dekabr 15, 2025
- 0

Dünya çempionatı-2018-in seçmə mərhələsində keçiriləcək Azərbaycan – San Marino oyununun hakimləri açıqlanıb. Allsport.az saytı xəbər verir ki, matçı monteneqrolu hakimlər briqadası idarə edəcək.
Oyunun baş fit sahibi Nikola Dabanovic olacaq. Ona həmyerliləri Milutin Djukic və Jovica Tatar edəcəklər. Dördüncü referi funksiyasını Pavle Radovanovic yerinə yetirəcək.
Matçın hakim-inspektoru Kaj Ostergaard (Danimarka), komissarı isə Oljas Abrayev (Qazaxıstan) olacaq.
Qeyd edək ki, Azərbaycan-San-Marino oyunu sentyabrın 4-də Bakıda keçiriləcək.