- Baxış sayı: 38
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
19 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçirilmiş Azərbaycanla oyundan sonra Türkiyə yığmasının baş məşqçisi Vedat İncəəfə fikirlərini bölüşüb. Allsport.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra bunları söyləyib:
“Oyunun bizim üçün çətin keçəcəyini bilirdik. Çünki Bonsiya və Herseqovinaya qarşı bir hissə azlıqda oynamışdıq. Bu gün həmin matçın yorğunluğu hiss olunurdu. Oyunun gedişində yenə azlıqda qaldıq və yenə 10 nəfərlə mübarizə aparmalı olduq. Futbolçularıma əsasən müdafiədə diqqətli oynamağı tapşırdım. Buna görə də rəqib müdafiə xəttimizi yara və qol epizodu yarada bilmədi. Şadam ki, mərhələ adlama şansımızı saxladıq. Son qarşılaşma bizim üçün finala bərabər matç olacaq. Təbii ki, qələbə qazanmaq və elit-raunda yüksəlmək istəyirik. Əslində, könlümüzdən bu yolda Azərbaycanla birgə addımlamaq keçir. Ancaq qardaş ölkə, demək olar ki, şanslarını itirdiyindən, biz bunu bacarmalıyıq”.