- Baxış sayı: 97
- 20 Mart 2026 23:43
- Baxış sayı: 138
- Mart 19, 2026
- 0

Azərbaycan millisini FİFA-nın növbəti ay üçün açıqlanacaq əmsalında ciddi irəliləyiş gözləyir. Allsport.az saytı xəbər verir ki, bu ay DÇ-2018-in seçmə mərhələsində Bakıda Norveç üzərində 1:0 hesablı qələbə qazanan, səfərdə Çex Respublikası ilə qolsuz heç-heçə edən “ay-ulduzlular”ımız, bunun bəhrəsini reytinq cədvəlində də görəcək.
Belə ki, ilkin hesablamalara görə, sentyabrda 252 xala malik olan yığmamızın xal ehtiyatı 404-ə yüksələcək. Eyni zamanda, komandamızın 133-cü pillədən 85-ci yerə yüksəlməsi gözlənilir. Qeyd edək ki, FİFA-nın oktyabr üçün reytinq cədvəli bu ayın 20-də açıqlanacaq.