Azərbaycan – Türkiyə matçı eston hakimə tapşırıldı

19 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında AÇ-2017-nin seçmə mərhələsinin Bakıda keçiriləcək Azərbaycan – Türkiyə matçının hakimləri müəyyənləşib. Allsport.az xəbər verir ki, millimizin qardaş ölkə təmsilçisi ilə görüşünü estoniyalı hakimlər idarə edəcək.

Belə ki, qarşılaşmanın baş hakimi Eyko Saar təyin olunub. Bu komandalar arasındakı oyun sabah – noyabrın 12-də “Bayıl Arena”da keçiriləcək və saat 18:00-da start götürəcək.

Qeyd edək ki, Saar bir müddət öncə UEFA Gənclər Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Rusiyanın “Spartak” (Moskva) və “Rəvan”ın U-19 komandası arasındakı oyunu idarə etmişdi. Həmin görüşdə futbolçularımız 0:4 hesablı məğlubiyyətlə üzləşmişdilər.

Həmin kateqoriyadan