Azərbaycan Türkiyəyə də uduzacaq?

19 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Bakıda təşkil olunan 5-ci qrupda bu gün ikinci turun oyunları keçirilir. Allsport.az xəbər verir ki, Azərbaycanın U-19 yığması da növbəti görüşünə çıxacaq.

Amma öncə qrupumuzda yer alan Bosniya və Herseqovina ilə Ukrayna yığmaları üz-üzə gələcək. İlk turda qalib gəlmiş komandaların oyunundan kimin qalib çıxacağı maraqla gözlənilir.

Nazim Süleymanovun çalışdırdığı yığma komandamız isə özü kimi ilk turda məğlub olmuş qardaş Türkiyə seçməsi ilə münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, açılış turunda Türkiyə Bosniya və Herseqovinaya 1:2, Azərbaycan isə Ukraynaya 0:4 hesabıyla uduzmuşdu.

AÇ-2017-nin seçmə mərhələsi
5-ci qrup
12 noyabr

14:00. Bosniya və Herseqovina – Ukrayna
Baş hakim: Tore Hansen (Norveç).
Baş hakimin köməkçiləri: Oystein Ytterland (Norveç), Mübariz Haşımov (Azərbaycan).
Dördüncü hakim: Ömər Paşayev (Azərbaycan).
Bakı. Bayıl stadionu.

18:00. Türkiyə – Azərbaycan
Baş hakim: Eiko Saar (Estoniya).
Baş hakimin köməkçiləri: Neeme Neemlaid (Estoniya), Frederic Haquette (Fransa).
Dördüncü hakim: Nicolas Rainville (Fransa).
Bakı. Bayıl stadionu.

Həmin kateqoriyadan