- Baxış sayı: 18
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 45
- Dekabr 05, 2025
- 0

Azərbaycanın UEFA reytinqində mövqeyi güclənib. Allsport.az saytı xəbər verir ki, “Qarabağ”ın Avropa liqasının 3-cü təsnifatının ilk oyununda Finlandiya “Helsinki”ni 2:1, “Sabah”ın konfrans liqasının eyni mərhələsinin 1-ci matçında Serbiya “Partizan”nı 2:0 üstələtib. Bu qələbələr əmsala daha 0,500 bal yazıb.
Son 5 mövsümün göstəricisinə əsasən, hazırda ölkəmiz 16,250 balla əvvəlkitək 29-cu yerdədir. Azərbaycan 28-ci pillədə olan Slovakiyanı (16,500 bal) keçməyə yaxındır. Bunun üçün həmin ölkədən 1 qələbə artıq qazanmaq lazımdır.
Hazırda Slovakiya avrokuboklarda mübarizəni 2, Azərbaycan isə 3 komanda ilə davam etdirir. 27-ci pillədəki Bolqarıstan 17 xala malikdir və onların avrokuboklarda 2 klubu qalıb. Beləliklə, bu mövsüm Azərbaycanın UEFA reytinqində ən azı 2 pillə irəliləməsi istisna edilmir.
Azərbaycan mövsümə 14,250 bal ilə başlayıb.