- Baxış sayı: 135
- 20 Mart 2026 23:43
- Baxış sayı: 173
- Mart 19, 2026
- 0
AÇ-2020-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan – Uels matçının hakim təyinatları müəyyənləşib.
Allsport.az xəbər verir ki, görüşü almaniyalı FIFA referisi Dəniz Aytəkin idarə edəcək. Ona Eduard Beytinger və Rafael Foltin köməklik göstərəcək. 4-cü hakim funksiyasını Kristian Dinqert yerinə yetirəcək.
Noyabrın 16-da “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Uels matçı saat 21:00-da başlayacaq.