Azərbaycan Ukraynaya qarşı

Bu gün 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin Bakıda təşkil olunan 5-ci qrupunun ilk turunun oyunları keçiriləcək. Allsport.az xəbər verir ki, millimiz ilk oyun günündə Ukrayna ilə üz-üzə gələcək.

Qrupun digər oyununda isə Türkiyə Bosniya və Herseqovina ilə qarşılaşacaq.

Türkiyə – Bosniya və Herseqovina
Bayıl stadionu. Saat 14:00
Baş hakim: Nicolas Rainville (Fransa)
Baş hakimin köməkçiləri: Frederic Haquette (Fransa), Mübariz Haşımov (Azərbaycan)
Dördüncü hakim: Ömər Paşayev (Azərbaycan)
UEFA nümayəndəsi: Marton Esterhazy (Macarıstan)
Hakim-inspektor: Andrejs Sipailo (Latviya)

Ukrayna – Azərbaycan
Bayıl stadionu. Saat 18:00
Baş hakim: Tore Hansen (Norveç)
Baş hakimin köməkçiləri: Oystein Ytterland (Norveç), Neeme Neemlaid (Estoniya)
Dördüncü hakim: Eiko Saar (Estoniya)
UEFA nümayndəsi: Marton Esterhazy (Macarıstan)
Hakim-inspektor: Stephen Graham Bennett (İngiltərə)

Həmin kateqoriyadan