Azərbaycan və Almaniya görüşünün məkanı dəyişib

Dünya Kuboku-2018-in seçmə mərhələsində Azərbaycan və Almaniya milli komandaları arasında oyunun məkanı dəyişdirilib. Allsport.az saytı xəbər verir ki, bu görüş öncədən nəzərdə tutulduğu kimi Bakı olimpiya stadionunda deyil, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq:

Bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov söyləyib. Onun sözünə görə, 2017-ci ildə Bakıda keçiriləcək İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədilə qarşılaşmanın ölkənin ən böyük arenasında yox, mərkəzi stadionda keçirilməsinə qərar verilib.

Qeyd edək ki, Azərbaycan – Almaniya matçı gələn il martın 26-da keçiriləcək.

Həmin kateqoriyadan