Azərbaycan yığması üçün son imkan

Bu gün 19 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında təşkil olunan AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində 5-ci qrupun oyunlarına yekun vurulur. Allsport.az xəbər verir ki, Bakıda təşkil olunan bu qrupun həlledici turunun görüşləri eyni vaxtda start götürəcək.

Keçirdiyi ilk iki oyunda məğlubiyyətlə üzləşən (Ukraynaya 0:4, Türkiyəyə 0:1) Azərbaycan yığması son turda Bosniya və Herseqovina ilə üz-üzə gələcək. Rəqibimiz bizdən fərqli, ilk turda Türkiyəyə qalib gəlib (2:1), Ukraynaya isə uduzub – 1:3.

Qrupun digər oyununda isə lider Ukrayna Türkiyə ilə münasibətlərinə aydınlıq gətirəcək.

AÇ-2017-nin seçmə mərhələsi
5-ci qrup
15 noyabr

18:00. Ukrayna – Türkiyə
Baş hakim: Nicolas Rainville (Fransa).
Bakı. “Dalğa Arena”.

18:00. Azərbaycan – Bosniya və Herseqovina
Baş hakim: Eyko Saar (Estoniya).
Bakı. “Bayıl Arena”.

Həmin kateqoriyadan