- Baxış sayı: 38
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Rusiyanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasının hücumçusu Andrey Panyukov AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı səfər oyununda 0:3 hesablı məğlubiyyətlə üzləşmələrinə münasibət bildirib. Allsport.az xəbər verir ki, o, yerli mətbuata müsahibəsində bunları söyləyib:
“Düzünü deyim ki, mən hələ də inan bilmirəm ki, Azərbaycana uduzmuşuq, özü də 0:3 hesabıyla. Doğrudan da utandırıcıdır. Başqa söz tapa bilmirəm. Hamı şokdadır. Rəqibin iki qol vəziyyəti oldu, ardınca penalti və 3 qolla məğlub duruma düşdük. Bizim də qol şanslarımız oldu, amma onların heç birindən yararlana bilmədik. Başa düşürəm ki, indi bizə qarşı tənqidlər çoxdur. Farer adalarına qarşı çox pis oynadıq, Azərbaycana uduzduq. Amma hər şeyə görə uşaqları günahlandırmaq da düzgün deyil. Bütövlükdə, komanda məğlub oldu. Hələ ki, mərhələ adlamaq şansımız qalır. Çətin də olsa, qalan bütün görüşlərdə qalib gəlməklə uğur qazana bilərik”.