- Baxış sayı: 38
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Rusiyanın U-21 yığmasının müdafiəçisi Vyaçeslav Karavayev AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan millisinə 0:3 hesabıyla uduzmalarını şərh edib. Allsport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
“Baş verənlərin izahı yoxdur. Ələ düşən qol imkanlarından yararlana bilmədik. Özümüz isə asan qollar buraxdıq və nəticədə uduzduq. Yalnız özümüzdən küsməliyik. Hazırda hamımız təzyiq altındayıq. Azərbaycan yığmasına belə böyük hesabla uduzmaq qəbulolunmazdır. Ümid edirəm ki, bu, bir daha təkrarlanmayacaq. Dmitri Xomuxa oyundan sonra nə dedi? Deməli nəsə yox idi.
Onsuz da hamı hər şeyi yaxşı başa düşür. Qrupdan çıxmaq şansımız? Şansımızın azaldığını deməzdim. Sadəcə, qalan bütün oyunlarda qələbə qazanmağımız lazımdır ki, AÇ-yə vəsiqə qazanaq. Fikrimcə, şans var. Rəqiblərimiz də bir-biri ilə oynayırlar. Bu üzdən də maksimum xal toplamaqla istəyimizə çaa bilərik. Amma uğurun da bizdən üz döndərməməsi vacibdir”.