- Baxış sayı: 50
- 17 Fevral 2026 23:41
- Baxış sayı: 354
- Fevral 16, 2026
- 0

Azərbaycanda keçiriləcək “FİFA Series – 2026” beynəlxalq turnirinin təqvimi müəyyənləşib.
Allsport.az xəbər verir ki, Azərbaycan, Syerra-Leone, Oman və Sent Lusiya yığmalarının iştirak edəcəyi yarışda ilk oyunlar martın 27-də keçiriləcək. İlk günün qalibləri martın 30-da finalda, məğlubları isə 3-cü yer uğrunda görüşdə qarşılaşacaqlar.
Turnirin təqvimini nəzərinizə çatdırırıq:
27 mart
15:00. Oman – Syerra-Leone
“Dalğa Arena”
19:00. Azərbaycan – Sent Lusiya
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
30 mart
15:00. 3-cü yer uğrunda (məğlublar)
“Dalğa Arena”
19:00. Final (qaliblər)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu