- Baxış sayı: 7
- 08 Noyabr 2026 10:00
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“İnter Mayami” klubu Lionel Messinin transferindən sonra maliyyə göstəricilərində rekord sıçrayış edib. Allsport.az xəbər verir ki, argentinalı ulduzun gəlişi klubun gəlirlərini dörd dəfəyə yaxın artırıb.
Məlumata görə, 2022-ci ildə cəmi 56 milyon dollar gəliri olan klub, ötən mövsümün yekununda bu rəqəmi 200 milyon dollara çatdırıb. Bu kəskin artım nəticəsində “İnter Mayami”nin bazar dəyəri 1,35 milyard dollara yüksəlib. Bununla da Florida təmsilçisi tarixində ilk dəfə MLS-in ən bahalı klubu reytinqinə başçılıq edir.