- Baxış sayı: 38
- 14 Aprel 2026 15:15
- Baxış sayı: 44
- Aprel 14, 2026
- 0

“Qalatasaray” çempionlar liqasının pley-off mərhələsi çərçivəsində “Yuventus”la ilk oyununu keçirib.
Allsport.az xəbər verir ki, “Əli Sami Yən” stadionunda təşkil olunan görüşdə İstanbul təmsilçisi rəqibini 5:2 hesabı ilə darmadağın edib.
“Cim-bom”dan Qabriel Sara (15-ci dəqiqə), Noa Lanq (49, 75), Davinson Sançes (60) və Saşa Boey (86) fərqləniblər.
“Qoca sinyora”nın hər iki qolunu isə Tön Kopmeyners vurub.
İtaliya nəhəngi görüşün 67-ci dəqiqəsində müdafiəçisi Xuan Kabalın ikinci sarıdan qırmızı vərəqə alması ilə azlıqda qalıb.
Cavab oyunu fevralın 25-də keçiriləcək.