“Azərbaycanda məni hər şey qane edir”

AzAL-ın gürcü yarımmüdafiəçisi Aleksandr Quruli bu komandadakı çıxışı ilə bağlı fikirlərini bölüşüb. Allsport.az xəbər verir ki, o, bunları söyləyib:

“Aydın məsələdir ki, “Real” və “Barselona” kimi klublarda oynamağı hamı istəyir. Lakin buna layiq olmaq lazımdır. Mən layiq deyiləm. Amma indiki durumumdan razıyam. Allaha şükürlər olsun ki, hazırda futbol oynayıram, bundan həzz ala bilirəm.

İndi yaxşı formadayam. Klub rəhbərliyi, məşqçilərim mənə güvənir. Azərbaycanda məni hər şey qane edir. Ümid edirəm ki, bundan sonra da hər şey yaxşı olacaq”.

Həmin kateqoriyadan