- Baxış sayı: 38
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Xəbər verdiyimiz kimi, Türkiyənin “Trabzonspor” klubunun U-17 komandasının futbolçuları Doğukan Öksüz və Murat Cem Akpınar AFFA rəhbərliyinin istəyi ilə bundan sonra milli komandamızın şərəfini qoruyacaq. Allsport.az xəbər verir ki, sözügedən futbolçular bununla bağlı qardaş ölkə mətbuatına açıqlama veriblər:
Doğukan Öksüz: “Türkiyə millisindən mənə dəvət gəlmədi. Amma belə bir dəvəti Azərbaycan yığmasından aldım. Mən də şansımı sınamaq istədim və getdim. Bizi çox yaxşı qarşıladılar. Turnirlərə qatıldıq, beynəlxalq oyunlarda iştirak etdik. Bu oyunlar bizi daha da inkişaf etdirdi. Qazaxıstanda keçirilən turnirdə ən yaxşı hücumçu mükafatına layiq görüldüm. Azərbaycanda heç bir dil problemi ilə üzləşmədik. Bizə qarşı çox yaxşı davranırlar, öz aralarında görürlər. Bu üzdən də orada özümüzü yad hiss etmirik. Sonralar hansı yığmada oynayacağıma dair qərar verməmişəm. Zamanı gələndə şərtlər necə tələb etsə, elə də qərar verəcəyəm”.
Murat Cem Akpınar: “Milli komandamızdan bir təklif gəlmədi, Azərbaycan istədi. Heç düşünmədən məşqçilərimlə danışaraq, qəbul etdim. Təklif gələndə həyəcanlanmışdım. Bizi çox isti qarşıladılar, çox yaxşıdırlar. Orada heç bir sıxıntı ilə üzləşmirik”.