Azərbaycanda qəzaya uğrayan Corc Rassel titul mübarizəsinə hazırdır

Allsport.az saytı xəbər verir ki, “Mersedes” komandasının pilotu yeni mövsümdə əlindən gələni əsirgəməyəcək. Keçən il o, komanda yoldaşı Lüis Həmiltonu 35 xal geridə qoyub. Britanıyalı sürücü yeni mövsüm önəsi fikrini bölüşüb:

”Bizim yaxşı münasibətimiz var. Birlikdə komanda üçün bərabər mübarizə aparmağa hazırıq. Keçmişdə “Mersedes”in pilotlar ilə çətinlikləri olsa da, mən bunu sürücülərin arasında yaş fərqi ilə bağlıyıram. Bizim situasiyamızda belə problemlər yoxdur. Əminik ki, yeni bolid daha sürətli olacaq.

2023-cü ildə daha yüksək nəticələr əldə edə biləcəyik, lakin başqa kollektivlərin nə gədər irəlləyiş etdiyini hələ bilmirik. Formula-1 yarışlarlarında vəziyyət nisbidir, amma şəxsən mən çempionluq uğrunda mübarizə aparmaq üçün özümü hazır hiss edirəm.

Yeni test pilotumuz Mik Şumaxerın yerində mən hazırlıq mərhələsində daha çox səy göstərərdim. Brekli bazasında simulyayorla məşqlərdə daha çox çalışmalıdır. Həmçinin komandaya ən yaxşı şəkildə uyğunlaşmaq üçün əlindən gələni etməlidir“.

Xatırladaq ki, Corc Rassel, “Uilyams” komandasının heyətində 2019-cü ildə Azərbaycan qran prisində qəza törətmişdi.

Kamran HACI

Həmin kateqoriyadan