GİN və MOK bəyanat yaydı: Tokio-2020-nin ertələnməsi ilə bağlı tədbirlər açıqlandı

Gənclər və idman nazirliyi və milli olimpiya komitəsi koronavirusla (COVID-19) əlaqədar Tokio-2020 yay olimpiya oyunlarının təxirə salınmasına dair birgə bəyanat yayıblar. Allsport.az saytı xəbər verir ki, bəyanatda Yaponiyanın baş naziri Sindzo Abenin bütün dünyanı cənginə almış koronavirusun yarada biləcəyi təhlükə ilə bağlı Tokio-2020-nin növbəti – 2021-ci ilə keçirilməsi barədə beynəlxalq olimpiya komitəsinin prezidenti Tomas Baxa təklif irəli sürdüyü və qarşı tərəfdən müsbət cavab aldığı qeyd olunub.

Bildirilib ki, Azərbaycan müstəqilliyi dövründə olimpiya oyunlarında daim fəal iştirak edən və nəticə etibarı ilə ön sıralarda yer almış ölkələrdəndir. İdmançılarımızın oyunlara hazırlığı mühüm əhəmiyyət kəsb edərək, daim xüsusi proqram əsasında aparılıb. Bütün bunlar nəzərə alınaraq, oyunların 2021-ci ildə (ay dəqiq deyil) keçirilməsi ilə bağlı bir sıra mühüm tədbirlərin reallaşdırılması nəzərdə tutulub:

– oyunların başlanmasına qalan 1 il  ərzində hazırlığın öncədən işlənilmiş sistem əsasında aparılması; 

-2020-ci ildə  hazırlığın  ən yüksək pilləsinə  çatmış  idmançıların  2021-ci ilə kimi  formada qalmaları üçün nəzarət proqramının sistemli şəkildə davam etdirilməsi;

– federasiyalar tərəfindən ehtiyatda olan idmançıların siyahısının hazırlanması;

– gənc və perspektivli idmançılarla işin gücləndirilməsi; 

– karantin müddətinin davam etdiyi zamanda idmançıların səhhəti öncədən yoxlanılıb testdən keçirildiyindən sonra xüsusi şəraitdə, nəzarət altında təlim-məşq toplanışlarının davam etdirilməsi.

Həmin kateqoriyadan