- Baxış sayı: 29
- 29 Noyabr 2024 22:22
- Baxış sayı: 143
- Noyabr 28, 2024
- 0
Polşanın “Visla” klubunda çıxış edən “Qarabağ”ın keçmiş futbolçusu Yakub Jeznikçak açıqlama verib. Allsport.az “Pilkanozna” nəşrinə istinadla xəbər verir ki, 33 yaşlı müdafiəçi bərpa edilməsinə qərar verilən Polşa çempionatında stadionların 25 faiz doldurulması barədə danışıb:
“Həm “Legiya”, həm də “Qarabağ”da azarkeşlərsiz oynadığımız matçlar olub. Azərbaycanda elə matçlar olub ki, tribunlarda bir ovuc azarkeş görünürdü. Buna öyrəşmişəm. Ancaq bir çox oyunçu üçün bu, yeni olacaq. Başqa bir şey odur ki, bəzi stadionlara az azarkeş gəlirdi, buna görə də çox fərq olmayacaq”.
Jezniçak “Legiya” ilə beş, “Qarabağ”da iki dəfə ölkə çempionu olmasından da söz açıb:
“Belə bir söz var: İstedaddan daha çox nəticə. Deyə bilərəm ki, göstərilən istedaddan daha çox kubok qazandım. Əldə etdiyim şeylərdən çox məmnunam. Həyat mənə çox şey verdi, buna görə minnətdaram. Çox işləmək və bir az şans istedaddan daha vacibdir”.
Polşalı futbolçu 2017-2019-cu illərdə “Qarabağ”da oynayıb.