- Baxış sayı: 35
- 03 Fevral 2026 23:53
- Baxış sayı: 148
- Fevral 02, 2026
- 0

2026-cı il keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsində 48 komanda mübarizə aparacaq. Allsport.az saytı xəbər verir, bu qərarı FİFA-nın şurası təsdiqləyib.
Bu gün keçirilən iclasda Dünya Kubokunda iştirakçılarının sayının 32-dən 48-ə çatdırılmasını məqsədəuyğun sayıb. Həlledici mərhələdə çıxış edən 48 kollektiv 16 qrupda çıxış edəcək. Hər qrupda 3 komanda yer alacaq və ilk 2 yeri tutan komandalar növbəti mərhələyə adlayacaqlar.
Bu qərar yekdilliklə qəbul olunub. Artıq bu yerlərin qitələr üzrə necə bölüşəcəyi ilə bağlı ehtimallar üzə çıxıb. Avropa 16, Afrika 9,5 (bir komanda digər qitədən olan yığma ilə pley-off oyunu keçirəcək), Asiya 8,5, KONKAKAF zonası və Cənubi Amerika hərəsi 6,5, Okeaniya isə 1 komanda ilə təmsil olunacaq.