- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
ABŞ-ın Ayova ştatının Koralvill şəhərində sərbəst və qadın güləşi üzrə dünya kuboku keçirilib. Allsport.az saytı xəbər verir ki, adı ilk çəkilən növdə dünya yığmasının tərkibində yer alan Osman Nurməhəmədov (92 kq) uğurlu çıxış edib. O, “B” qrupunda yaponiyalı Satoşi Miuraya tam üstünlüklə qalib gəlib – 10:0. Təmsilçimiz iranlı Əmirhüseyn Bığlar Firuzpurbandpeyi isə (10:10) sonuncu xal prinsipinə əsasən məğlub edib.
Yaponiyaya (9:1) qalib gəlib, İrana (4:6) uduzan dünya yığması, “B” qrupunda 2-ci yeri tutub və bürünc medal uğrunda Gürcüstanla qarşılaşıb. 8:2 hesablı qələbədə Nurmaqomedovun da payı olub. Belə ki, Osman Miriani Maysuradzeni 3:0 hesabıyla üstələyib. Beləliklə, yığma üzvü Dünya Kubokunda bürünc medal qazanıb.
Qadınların yarışında isə Jalə Əliyeva (57 kq) bəxtsizliklə üzləşib. Dünya yığmasının heyətində yer alan həmyerlimiz çinli Yonqxin Fenqlə görüşdə hesabda 6:3 öndə olarkən sağ ayağından ciddi zədə aldığı üçün yarışdan erkən çəkilmək məcburiyyətində qalıb.
Sərbəst güləşdə ABŞ, qadın güləşində Ukrayna dünya kubokuna sahib olub.