Azərbaycanın müstəqilliyinin bərpası gününə marafonun qalibləri

Gürcüstanda Azərbaycanın müstəqilliyinin bərpası gününün 30-cu ildönümünə həsr edilmiş marafonun qalibləri müəyyənləşib.

Allsport.az xəbər verir ki, finiş xəttini kişi kateqoriyasında ilk keçən marafonçu David Xarazişvili, qadınlar arasında isə Ketevan Samosonadze olub. Hər iki idmançı Azərbaycan dövləti və xalqını müstəqilliyin bərpası günü münasibətilə təbrik ediblər.

Marafonda iştirakdan məmnunluq ifadə edən idmançılar Azərbaycanın Gürcüstandakı səfirliyinə və tədbirin digər təşkilatçılarına minnətdarlığını bildiriblər.

300-ə yaxın idmançının iştirak etdiyi marafon Azərbaycan respublikasının Gürcüstandakı səfirliyi, SOCAR-ın Gürcüstandakı nümayəndəliyi, Azərbaycanlı iş adamları assosiasiyası (AZEBİ), Azərbaycan respublikası mədəniyyət nazirliyinin nəzdində fəaliyyət göstərən Xırdalan musiqi məktəbi, Bakı marafon klubu, Gürcüstan Azərbaycanlı idmançılar birliyi (GAİB) və Mirzə Fətəli Axundzadə adına Azərbaycan mədəniyyəti muzeyinin birgə təşkilatçılığı ilə keçirilib.

Həmin kateqoriyadan