- Baxış sayı: 35
- 29 Mart 2026 14:51
- Baxış sayı: 94
- Mart 29, 2026
- 0

“Sabah” və “Neftçi” Azərbaycanın UEFA reytinqində xal ehtiyatını artırıb.
Allsport.az saytı xəbər verir ki, komandalar buna Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunlarında qələbə qazanmaqla nail olub
“Sabah” Latviya RFS-ini 2:1 (ilk oyun – 2:0), “Neftçi” isə Bosniya və Herseqovina “Jelezniçar”ını 2:0 (ilk oyun – 2:2) məğlub edərək mərhələ adlayıb. Hər iki komandanın qələbəsi üçün ölkəmizin aktivinə 0,500 xal yazılıb. Azərbaycan hazırda 15 min 750 xalla əvvəli kimi 29-cu pillədədir.
28-ci pillədə 16 min 500 xalı olan Slovakiyadır. 30-cu pillədə isə 12 min 125 xalla Moldova qərarlaşıb.