Azərbaycanla matç öncəsi çexlərin heyətində itkilər var

Çex Respublikasının millisi DÇ-2018-in seçmə mərhələsində Azərbaycana qarşı keçirəcəyi oyuna Ostrava şəhərində hazırlaşır. Allsport.az saytı xəbər verir ki, Almaniyaya qarşı 3 gün öncəki matçı zədə səbəbindən buraxmalı olan hücumçu Milan Şkoda artıq məşqlərə qoşulub.

Əvəzində, İrji Skalakanın Azərbaycanla oyunda iştirakı sual altına düşüb. O, rəqiblə görüşdən öncə yüngül zədə alsa da, həmin qarşılaşmanın ikinci hissəsində meydana çıxmışdı. David Pavelkanın isə yığmamıza qarşı oynamayacağı dəqiqdir. O, sarı vərəqə limitini doldurub.

Qeyd edək ki, Çex Respublikası – Azərbaycan matçı sabah “Viktovitsa” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Həmin kateqoriyadan