- Baxış sayı: 38
- 09 Aprel 2025 22:10
- Baxış sayı: 82
- Aprel 09, 2025
- 0
2022-ci il dünya çempionatının seçmə mərhələ oyununda Azərbaycanı qəbul edəcək İrlandiya millisinə yeni futbolçular dəvət olunub.
Allsport.az xəbər verir ki, baş məşqçi Stiven Kenni hücumçu Kallum Robinson, yarımmüdafiəçi Alan Braun və Liam Skeylzi heyətə daxil edib.
Sözügedən oyunçular zədə səbəbindən yığmadan kənarlaşdırılan Dana O Şi və Natan Kollinzi əvəzləyiblər.
Sentyabrın 4-də Dublindəki “Avivo” stadionunda keçiriləcək İrlandiya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.