Azərbaycanla oyuna 25 futbolçu dəvət olundu

Ukrayna yığmasının DÇ-2026-nın seçmə mərhələsində Fransa və Azərbaycan komandalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Allsport.az xəbər verir ki, baş məşqçi Sergey Rebrov “D” qrupu çərçivəsində sentyabrın 5-də Vrotslavda Fransa, 9-da isə Bakıda Azərbaycan yığmasına qarşı baş tutacaq matçlara 25 futbolçu dəvət edib.

Qapıçılar: Andrey Lunin (“Real Madrid”, İspaniya), Anatoli Trubin (“Benfika”, Portuqaliya), Dmitro Rıjnik (“Şaxtyor”);

Müdafiəçilər: İlya Zabarnı (PSJ, Fransa), Aleksandr Svatok (“Ostin”, ABŞ), Valeri Bondar, Mikola Matvienko, Yuxim Konoplya (hamısı “Şaxtyor”), Taras Mixavko, Aleksandr Timçik (hər ikisi “Dinamo Kiyev”), Vitali Mikolenko (“Everton”, İngiltərə);

Yarımmüdafiəçilər: Aleksandr Zinçenko (“Arsenal”, İngiltərə), Yeqor Yarmolyuk (“Brentford”, İngiltərə), İvan Kalyujnı (“Metallist 1925”), Mikola Şaparenko (“Dinamo”), Oleq Oçeretko, Georgi Sudakov, Artyom Bondarenko (hamısı “Şaxtyor”), Aleksey Qutsulyak, Aleksandr Nazarenko (hər ikisi “Polissye”), Viktor Tsiqankov (“Jirona”, İspaniya), Aleksandr Zubkov (“Trabzonspor”, Türkiyə);

Hücumçular: Roman Yaremçuk (“Olimpiakos”, Yunanıstan), Artyom Dovbik (“Roma”, İtaliya), Vladislav Vanat (“Dinamo”).

Ehtiyat heyət: Georgi Buşan (“Əl-Şabab”, Səudiyyə Ərəbistanı), Boqdan Mixayliçenko (“Polissya”), Yevgeni Çeberko (“Kolambus Kryu”, ABŞ), Aleksandr Pixalonok, Vladimir Brajko, Nazar Voloşin (hamısı “Dinamo”).

Azərbaycan – Ukrayna qarşılaşması sentyabrın 9-da, saat 20:00-da Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək.

Həmin kateqoriyadan