- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“İlk hissədə qol epizodlarını dəyərləndirməklə bağlı problemlərimiz oldu. Bəzi məqamlarda isə çox tələsik oynadıq. Bəlkə də çox istəkli olmağımız bu nəticəyə gətirib çıxardı”.
Allsport.az xəbər verir ki, bunu Finlandiyanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Yuxa Malinen Bakıda Azərbaycan millisinə qarşı keçirdikləri 2023-cü il Avropa çempionatının seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.
63 yaşlı finlandiyalı mütəxəssis bildirib ki, həlledici məqamlarda daha dəqiq oynamaq lazım idi: “Digər tərəfdən, topu rəqib qapısına daha tez çatdırmalı idik. Sürətli hücumlarımız olsa da, istədiyimiz qolları vura bilmədik. Gələcəkdə bu epizodlardan daha yaxşı istifadə edə biləcəyik”.
Sumqayıtdakı “kapital bank arena”da oynanılan Azərbaycan – Finlandiya matçı 1:1 hesabı ilə başa çatıb.