Azərbaycanla oyunda iştirak etməyəcək

DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu millimizə qarşı keçirəcək Serbiya yığması görüşə itki ilə çıxacaq.

Allsport.az xəbər verir ki, müdafiəçi Straxinya Pavloviç oyunu buraxacaq.

“Monako”nun 20 yaşlı mərkəz müdafiəçisi Lüksemburqla ötən gün keçirilən görüşdə sarı vərəqə alaraq cəzalı duruma düşüb. 

Serbiya – Azərbaycan matçı oktyabrın 12-də Belqradda keçiriləcək.

Həmin kateqoriyadan