Azərbaycanla oyunun hazırlıqlarına itkilərlə başladılar

İrlandiya milli komandası Azərbaycan yığması ilə keçirəcəyi futbol üzrə 2022-ci il dünya çempionatının seçmə oyunu və Qətərlə yoldaşlıq görüşünün hazırlıqlarına başlayıb.

Allsport.az xəbər verir ki, Bakıya səfər ərəfəsində iki futbolçu məşqlərdən kənarda qalıb. Mərkəz müdafiəçisi Şeyn Daffi nənəsinin vəfatı ilə əlaqədar icazəlidir, hücumçu Aaron Konnolli isə xəstələnib. Hər iki oyunçu millinin düşərgəsinə Bakıya səfər ərəfəsində qoşulacaq.

Əvəzində hazırlıq prosesində milliyə ilk dəfə dəvət alan 28 yaşlı forvard Uill Kin iştirak edib. O, əvvəllər İngiltərənin müxtəlif yaş qrupları üzrə yığma komandalarının formasını geyinib.

İrlandiya millisi oktyabrın 9-da Azərbaycan yığmasının qonağı olacaq, oktyabrın 12-də isə Qətəri qəbul edəcək.

Həmin kateqoriyadan