- Baxış sayı: 14
- 04 Fevral 2026 14:25
- Baxış sayı: 153
- Fevral 02, 2026
- 0

“Spartak” baş məşqçi Oleq Kononovla vidalaşıb. Allsport.az saytı xəbər verir ki, o, premyer liqanın 11-ci turunda “Orenburq”a 1:2 yenilgidən sonra istefa verib.
Rəhbərlik onun istefasını qəbul edib. Mütəxəssis 2018-ci ilin noyabrından “xalq komandası”nı çalışdırırdı. Hazırda Moskva təmsilçisi 11 turdan sonra 14 xalla 9-cu pillədədir.
“Spartak”da azərbaycanlı futbolçu Ayaz Quliyev çıxış edir.