Azərbaycanlı futbolçu Bosniya və Hersoqovinada oynayacaq

Azərbaycanlı futbolçu Amit Quluzadə özünə yeni klub tapıb. Allsport.az sayt xəbər verir ki, 27 yaşlı futbolçu yenidən legionçu olacaq. O, bu dəfə Bosniya və Hersoqovinanın “Çelik” klubuna üz tutub. Tərəflər artıq rəsmi müqaviləyə imza atıblar. Amit yeni komandasında 18 nömrəli futbol geyimində çıxış edəcək.

Zenitsa şəhərini təmsil edən “Çelik” hazırda Bosniya və Herseqovina Premyer Liqasında geridə qalan 19 turdan sonra 21 xalla 12 kollektiv arasında 9-cu sırada qərarlaşıb. Komandanın baş məşqçisi türkiyəli mütəxəssis Adnan Örnəkdir.

Yarımmüdafiəçinin son iş yeri ötən yay yollarını ayırdığı Kosovonun “Drita” klubu olub. O, bunadək Türkiyə, Portuqaliya və Yunanıstanda da legioner həyatı yaşayıb. 

Həmin kateqoriyadan