- Baxış sayı: 28
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Azərbaycan millisinin sabiq futbolçusu Ağabala Ramazanov karyerasını başa vurub.
Allsport.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
32 yaşlı futbolçu bildirib ki, bu, çox ağır və üzücü olsa da, futbolçu kimi karyeramı bitirməyə qərar verib: “Çox sevdiyim oyunçu karyeramı başa vurmaq məcburiyyətində qaldım və özümə yeni səhifələr açmağın vaxtı gəldiyini düşündüm. Məlum olduğu qədər çox ağır bir zədə keçirdim. Şükürlər olsun ki, həyatdayam, ailəmin və sevdiklərimin yanındayam, hər şeyin sonu olduğu kimi karyeramın da burada bitdiyini sizlərlə bölüşmək istədim. Milli komanda və klubda oynadığım futbolçu yoldaşlarım dostlarım və azarkeşlərin hər birinə təşəkkürümü bildirirəm. Hər kəsə uğurlar….”.
Qeyd edək ki, Ramazanovun sonuncu klubu “Səbail” olub.