- Baxış sayı: 22
- 05 Dekabr 2025 18:27
- Baxış sayı: 95
- Dekabr 05, 2025
- 0

Kiyev “Dinamo”sunun keçmiş futbolçusu Aleksandr Əliyev paytaxt meri olmaq istəyir. Allsport.az xəbər verir ki, əslən azərbaycanlı keçmiş yarımmüdafiəçi sosial hesabında bu barədə danışıb.
35 yaşlı veteran futbolçu Kiyevdə idmanı dirçəltmək istəyini arzu edib:
“Məmnuniyyətlə Kiyev meri olardım. İdmanı nə qədər ayağa qaldırardım”.
Ukrayna millisində oynamış Əliyev daha əvvəl ölkənin futbol federasiyasına rəhbərlik etmək istədiyini açıqlamışdı.