- Baxış sayı: 129
- 20 Mart 2026 23:43
- Baxış sayı: 153
- Mart 19, 2026
- 0

Ukraynanın “Minay” klubu heyətinə 3 yeni futbolçu cəlb edib. Allsport.az saytı xəbər verir ki, onlardan biri Azərbaycan millisinə namizəd Eldar Quliyevdir.
Yerli “Mariupol”dan transfer olunan 19 yaşlı dayaq yarımmüdafiəçisi ilə anlaşmanın detalları açıqlanmayıb.
Qeyd edək ki, hazırda “Minay”da Azərbaycan millisinin yarımmüdafiəçisi Rüstəm Əhmədzadə də çıxış edir.