Azərbaycanlı futbolçuda koronavirus şübhəsi: “Xahiş edirəm, nə edəcəyimi deyin”

Kiyev “Dinamo”sunun sabiq futbolçusu Aleksandr Əliyevin səhhəti pisləşib. Allsport.az xəbər verir ki, Azərbaycan əsilli futbolçu sosial şəbəkə hesabında temperaturunun qalxdığını yazıb:

“Xahiş edirəm, nə edim, söyləyin, temperaturum 37,4 – 37,5-dir. Özümü yaxşı hiss edirəm, amma öskürək var. Xəstələndim, soyuq dəydi, yoxsa bu nədir? Təcili tibbi yardımı çağırmağın mənası var? Bu gün gəzintiyə çıxmışdım”.

Ukrayna yığmasında oynamış 35 yaşlı keçmiş yarımmüdafiəçi daha öncə sosial hesabında COVID-19 pandemiyasının cəfəngiyyat olduğunu açıqlamışdı.

Həmin kateqoriyadan