- Baxış sayı: 18
- 30 Mart 2026 21:25
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

Rusiya milli futbol liqasının 35-ci turunda “SKA-Xabarovsk” doğma meydanda “Fakel”ə 2:1 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, Kamran Əliyev 46-cı dəqiqədə meydana daxil olub və 71-ci dəqiqədə bərabərlik qolunu vurub.
Vaxtilə Azərbaycanın aşağı yaş qrupları üzrə millilərində oynamış Davud Qarayev start heyətdə meydana çıxıb və sonadək oynayıb. O, 90+2-ci dəqiqədə qələbə qolunun müəllifi olub.
“SKA-Xabarovsk” 35 turdan sonra 59 xalla 20 komanda arasında 5-ci pillədədir.