- Baxış sayı: 58
- 05 Dekabr 2024 15:51
- Baxış sayı: 130
- Yanvar 19, 2025
- 0
Azərbaycanlı hakim Orxan Məmmədov 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının seçmə mərhələ oyununu idarə edib. Allsport.az xəbər verir ki, Lüksembuqda təşkil olunan 5-ci qrupun oyununda Avstriya Litva ilə üz-üzə gəlib.
Qarşılaşma avstriyalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Məmmədov bu görüşdə cəmi bir sarı vərəqə vərəqə göstərib ki, o da litvalı futbolçuya “qismət” olub.
Qeyd edək ki, Orxan Məmmədovun bu görüşdəki köməkçilərindən biri Yaşar Abbasov olubsa, digər yan xətt hakimi və dördüncü hakim lüksemburqlu olub.